AYANTV.info
 Valyuta məzənnəsi

Azərbaycanda kənd təsərrüfatının inkişafında Lenin prinsipi... - “Bir addım irəli, iki addım geri”

Oxunub: 83 Tarix:30-05-2021, 11:52

Azərbaycanda kənd təsərrüfatının inkişafında Lenin prinsipi... - “Bir addım irəli, iki addım geri”


“İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son 3 ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb”.

Gundemxeber.Az ovqat.com-a istinadla xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov 2019-cu ilin dekabrın 19-da Prezident İlham Əliyevin yanında keçirilən pambıq müşavirəsində deyib.

Nazirin dilə gətirdiyi bu sözlərin üzərindən il yarımdan çox zaman keçir. Təbii ki, bu müddət ərzində kənd təsərrüfatı texnikalarının alınması prosesi dayanmayıb, əksinə yeni xarakter alaraq daha da artıb. Yeni aqroparkların yaradılması fermerlərin işlərini asanlaşdırmaq və məhsuldarlığı artırmaq baxımından Azərbaycan hakimiyyətinin atdığı addımlardan biridir. Prezident İlham Əliyev ötən ay AzTV-yə verdiyi müsahibəsində də bu xüsusun altını cızaraq bildrimişdi ki, Azərbaycanda bütövlükdə 50-yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu isə 2 milyard manatdan çoxdur.

“Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir”, - İlham Əliyev sözügedən müsahibəsində vurğulamışdı.

Nə yazıq ki, son illərdə kənd təsərrüfatının inkişafına milyardlarla manat vəsait ayrılmasına baxmayaraq, hələ də ərzaq təhlükəsizliyi məsələsində istədiyimiz hədəfə çata bilməmişik. Bunun ən bariz sübutu qida təhlükəsizliyi baxımından strateji məhsul sayılan taxıl sahəsində böyük ölçüdə idxaldan asılılıqdan qurtula bilməməyimizdir. Rəsmi statistikalara görə, alınan ən müasir texnikalara baxmayaraq, hər il idxal etdiyimiz taxılın miqdarında nəinki azalma, əksinə artım müşahidə olunur.

Biz, əlbəttə, V.İ.Leninin dediyi kimi, bu “1 addım irəli, 2 addım geri” inkişafımızda obyektiv səbəblərin mövcudluğunu inkar etmirik. Həqiqətən də ölkəmizdə quraqlığın hökm sürməsi, suyun çatışmazlığı və s. kimi KTN-nin irəli sürə biləcəyi problemlər mövcuddur, bu da istər-istəməz məhsuldarlığı və keyfiyyəti aşa sala bilər. Lakin insan oğlu var olduğu gündən indiyədək heç bir zaman təbiətdən onun nazı ilə oynamağı gözləməyib, əksinə, təbii şərtləri öz xeyrinə dəyişməyə çalışıb. Biz də minillər boyu formalaşmış bu təcrübələrdən faydalanmalı və işimizi buna uyğun qurmalıyır. Subyektiv səbəblər kimi dəyərləndirdiyimiz bu amilləri nəzərə almadan yürüdülən siyasətlər ağzını göyə açıb kosmosdan mədə borusuna alma düşəcəyini gözləmək qədər sadəlövhlük olardı.

Odur ki, sual olunur: obyektiv səbəbləri bir kənara atsaq, arzuladığımız hədəflərə çatmamağımızda bizim özümüzdən qaynaqlanan subyektiv amillərin rolu nə qədərdir?

Zənnimizcə, Ovqat.com-un e-mail adresinə göndərilən şikayət məktubları bu suala kifayət qədər aydınlıq gətirir. Həmin məktublardan aydın olur ki, bir çox rayonlarda fermerlərin ixtiyarına verilmək üçün alınan texnikalardan yalnız xırda padşahlar öz şəxsi mənfəəti üçün istifadə edir və nəticədə imtiyazlılar siyahısına düşməyən xırda təsərrüfatlar batır. Halbuki, Prezident İlham Əliyev AzTV-yə verdiyi məlum müsahibəsində kənd təsərrüfatı siyasətinin başlıca prioritetlərindən birinin də “kiçik fermer təsərrüfatlarının inkişafı” olduğunu açıq dilə gətirmiş və hökumətin texnikaların alınmasına ayırdığı milyardlarla manatın məhz buna xidmət etdiyini vurğulamışdı: “Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı”.

İndisə gəlin, kiçik təsərrüfatların yaradılmış bu imkanlardan nə qədər faydalana bildiklərini onların öz dilindən eşidək.

“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb kənd təsərrüfatı məhv olmaq üzrədir”.

Rayon sakini Rafiq Şirinovun Ovqat.com-a göndərdiyi şikayət məktubunda belə deyilir.

Şikayətçinin iddiasına görə, nəticədə Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşüb dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar dəyir: “Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsətüfatında işlərə cəlb edilib. Halbuki, həmin texnikalar rayon ərazisində olan şirə kanallarının təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir.

25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video-lentə almışam. Videoda Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Mən bunun səbəbini Həsən Qasımovdan soruşanda mənə dedi ki, "rədd ol sən kimsən, idarə mənə məxsusdur".

Mənim bildiyim odur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrin heç biri özəlləşdirilməyib. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur.

Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu Ucar rayon Meliorasiya İdarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib.

Onu da qeyd edim ki, Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edərək yonca əkib. Əslində isə həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür.

Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.

Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, cənab Zaur Mikayılov şikayətimdə göstərdiyim faktları mənim iştirakımla yerində obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəcək.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan xahiş edirəm; şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Həsən Qasımovun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

Oxunub: 83



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü