AYANTV.info
 Valyuta məzənnəsi

Maxi.az mağazası qanuna məhəl qoymur - Müştərinin hüquqları pozulub

Oxunub: 3 Tarix:13-09-2021, 19:51

Maxi.az mağazası qanuna məhəl qoymur - Müştərinin hüquqları pozulub


Biz bu malı geri qaytara bilmərik!”. Bu, Azərbaycanda istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarmaq istəyən zaman satıcılar tərəfindən verilən ən kəsə cavabdır. “Niyə, “nə üçün”, “qanunvericilikdə alınan mal 14 günə qaytarıla və dəyişdilə bilər” arqumentləri isə mağaza əməkdaşlarının müştərini bir-birinə yönəltməsi və nəticədə süründürməçiliyə qədər gedib çıxır.



Elə eyni aqbitələ üzləşdiyindən Modern.az-a müraciət edən vətəndaş Samir İsrafil oğlu Əlixanov kimi.

S.Əlixanov 5 sentyabr 2021-ci ildə Maxi.az mağazasının “Ganclik Mall”dakı filialından aldığı qulaqcığı 10 sentyabr 2021-ci ildə dəyişdirmək məqsədilə müraciət etdikdə, satıcının anlaşılmaz cavabı ilə qarşılaşıb. Qanunvericiliklə vətəndaş aldığı malı 14 günə dəyişdirə, dəyəri geri verilməklə qaytara bilər. Amma Maxi.az-ın satıcısı vətəndaşa bildirib ki, həmin qulacıqla mağzananın servis xidmətinə yaxınlaşmalı, orada mala zərər dəymədiyinə dair müsbət rəy alıb, müvafiq sənəd gətirməklə onun dəyişdirilməsi üçün müraciət etməlidir.

Müştəri buna etiraz olaraq, malı mağazada qoyaraq, bu barədə rəhbərliyə və aidiyyatı quruma şikayət edəcəyini bildirib. Daha sonra onunla əlaqə saxlayan başqa bir əməkdaş müştərini kobudluqda ittiham edib. Və bildirib ki, əgər müştəri satıcı ilə yüksək tonda danışmasaydı, məsləni mağazadaca həll etmək mümkün idi. Buradan belə anlaşılır ki, mağaza müştərilərə ikili münasibət göstərir. Kefinə düşənin malını yerində dəyişir, kefinə düşməyəni isə servisə göndərməklə süründürür. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir.

Bu barədə Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılmaması istehlakçıların hüquqlarının pozulması deməkdir:

“1995-ci il sentyabrın 19-da Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Qanuna görə, hər bir istehlakçı malın keyfiyyəti, təhlükəsizliyi barədə düzgün məlumat almaq, saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Qanunla istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində, kassa çeki olmaq, malın görünüşü, xüsusiyyətləri pozulmamaq şərtilə dəyişdirilə, əgər dəyişməyə uyğun mal olmazsa, bu halda qaytarıla bilər. Satıcı bunu icra etməyə borcludur. Kassa çekinin olması mühüm şərtlərdən biridir”.

E.Hüseynov deyib ki, istehlakçıların hüquqları istənilən ticarət və xidmət sahəsində pozularsa, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər:

“195-2 nömrəsi ilə öncə dediyim dövlət qurumuna, (012) 441-28-33 nömrəsi ilə Azad İstehlakçılar Birliyinə müraciət etmək mümkündür. Bütün hallarda istehlakçıların hüquqlarını qoruyuruq”.

Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan malların siyahısını təşkil edir.

Oxunub: 3



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü