AYANTV.info
 Valyuta məzənnəsi

İsmət Qayıbovun gəlini İnterpol xətti ilə axtarışa verilib? - MÜRACİƏT

Oxunub: 6 Tarix:13-09-2021, 19:55

İsmət Qayıbovun gəlini İnterpol xətti ilə axtarışa verilib? - MÜRACİƏT


Azərbaycanın hüquq-mühafizə orqanları şəhid Baş prokuror İsmət Qayıbovun gəlini Bahara Qayıbova-Anderseni İnterpol xətti ilə axtarışa vermək istəyir.

GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Lent.az-a B. Qayıbova-Andersen özü məlumat verib.

O qeyd edib ki, qarşılaşdığı durumla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

B. Qayıbova-Andersen müraciətində hüquq-mühafizə orqanları tərəfindən hüquqlarının pozulduğunu iddia edib:

"Hörmətli Mehriban xanım! Nəzərinizə çatdırmaq istəyirəm ki, Xüsusi Mühafizə Xidmətinin əməkdaşı Fuad Allahquluzadə ilə aramızda kommersiya mübahisəsi mövcuddur. Mahiyyəti üzrə bildirirəm ki, mübahisəyə səbəb təsisçisi olduğum “Bon Appetit” qənnadı mağazalar şəbəkəsinin idarə edilməsi və maliyyə haqq-hesabının aparılmasında yaranmış anlaşılmazlıqdır. Bunun nəticəsi olaraq 2 il öncə Fuad Allahquluzadə məni məhkəməyə verib. Buna səbəb isə onun öz xərclərini şişirdərək məndən həddən artıq çox pul istəməsi və mənim də bununla razılaşmamağım olmuşdur. Artıq 2 ildir ki, adı çəkilən kommersiya mübahisəsi Bakı İqtisad Məhkəməsində davam etməkdədir. Həmçinin, əlavə olaraq bildirirəm ki, Fuad Allahquluzadə bütün sadalananları həyat yoldaşı Elmira Allahquluzadənin adına rəsmiləşdirib və kommersiya mübahisəsini Elmira Allahquluzadə mübahisələndirmişdir. Lakin 2 ilə yaxındır ki, davam edən kommersiya mübahisəsi nəticələnmədiyindən, Fuad Allahquluzadənin həyat yoldaşı Elmira Allahquluzadə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək mənim onun etibarından sui-istifadə edərək dələduzluq etdiyimi və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Mən mütəmadi olaraq kommersiya mübahisəsini sülh yolu ilə bitirmək üçün Fuad Allahquluzadəyə və onun həyat yoldaşı Elmira Allahquluzadəyə təkliflər göndərsəm də, sonuncular mənim bütün təkliflərimə yox cavabını veriblər. İki ilə yaxındır davam edən kommersiya mübahisəsi zamanı mənim əleyhimə hər-hansı qərar qəbul edilmədiyini görən Fuad Allahquluzadə indi də iddia edir ki, guya mən ona və həyat yoldaşı Elmira Allahquluzadəyə qarşı dələduzluq etmişəm. Xüsusi Mühafizə Xidmətinin əməkdaşı Fuad Allahquluzadə öz vəzifəsindən sui-istifadə edərək hüquq-mühafizə orqanlarına təzyiq göstərir ki, qanunsuz olaraq mənim barəmdə cinayət işi başlanaraq müəyyən məbləğdə vəsait əldə etsin. Fuad Allahquluzadənin hüquq-mühafizə orqanlarına təzyiqi nəticəsində istintaq orqanı məni İnterpol vasitəsilə Azərbaycana gətirmək istəyir. Hazırda mənim barəmdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində material üzrə araşdırma aparılır. Həmin material üzrə araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğu cinayət işinin başlanması ilə bağlı təkidlər edir.

Hörmətli Mehriban xanım, Xüsusi Mühafizə Xidmətinin əməkdaşı Fuad Allahquluzadənin təzyiqlərinin qarşısının alınması və hüquq-mühafizə orqanlarının mənə qarşı qanunsuz hərəkətlərinə son qoyulması məqsədi ilə işi nəzarətinizə götürərək ədalətli araşdırmanın aparılmasına göstəriş verməyinizi sizdən xahiş edirəm”.

Xatırladaq ki, Bahara Qayıbova-Andersenin xeyriyyəçi əməlləri barədə mətbuatda yazılıb. O, 44 günlük Vətən Müharibəsindən sonra həm qazilərə, həm də şəhid ailələrinə çox köməkliklər göstərib. Buna görə o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Fəxri Fərmanla təltif də olunub.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Oxunub: 6



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü