AYANTV.info
 Valyuta məzənnəsi

Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Oxunub: 31 Tarix:24-08-2021, 18:55

Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər

DİN-dən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Oxunub: 31



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü