AYANTV.info
 Valyuta məzənnəsi

Ronaldo "Yuventus"la vidalaşdı, yeni klubu...

Oxunub: 60 Tarix:29-05-2021, 17:30

Ronaldo "Yuventus"la vidalaşdı, yeni klubu...





Kriştianu Ronaldu "Yuventus"dakı komanda yoldaşları ilə vidalaşıb.

“Kanal1.az” xəbər verir ki, bu iddia ilə "Messaggero" qəzeti çıxış edib. Qəzet yazıb ki, portuqaliyalı ulduz Turin klubu ilə yollarını rəsmən ayırmağa hazırlaşır.

"Real"a dönüşü reallaşmayan Ronaldunu keçmiş klubları - "Sportinq" və "Mançester Yunayted" heyətinə qatmaq istəyir. İddiaya görə, futbolçu "Sportinq"ə dönərək karyerasını yetirməsi olduğu klubda bitirmək niyyətindədi.

Qeyd edək ki, bur neçə gün əvvəl "Sportinq"in prezidenti Frederiko Varandes Kriştianunu heyətdə görmək istədiklərini bildirmişdi: "Ronaldu bir gün "Sportinq"ə dönəcək. Çempionlar Liqasında onun yer aldığı bir heyətdə mübarizə aparmaq arzumuzdur".

Bundan əvvəl isə Ronaldunun anası Dolores Aveyro da oğlunu "Sportinq"ə qaytarmaq istədiyini bildirmişdi: "Kriştianu ilə danışacam və gələn mövsüm "Sportinq"ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il "Alvalade" stadionunda "Sportinq" forması ilə çıxış edəcək".
Onu da qeyd edək ki, Ronaldu 18 yaşında - 2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə - 94 milyon avroya "Real"a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olunub

Oxunub: 60



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü