AYANTV.info
 Valyuta məzənnəsi

AVRO-2020-nin qalibi proqnozlaşdırıldı

Oxunub: 67 Tarix:7-06-2021, 18:22

AVRO-2020-nin qalibi proqnozlaşdırıldı


Futbol üzrə Avropa çempionatının favorit komandası açıqlanıb.

ABŞ-ın "Goldman Sachs" investisiya bankının analitikləri yarışın nəticələrini proqnozlaşdırıb.

Bankın iqtisadçıları Sven Yari Şteyn və Kristiann Şnittkerin hazırladığı hesablama modelinə əsasən Belçika yığması turnirin qalibi olacaq. Onlar finalda İtaliya seçməsini məğlub edəcək.

Yarımfinalda Belçika Portuqaliyadan, İtaliya isə İspaniyadan güclü olacaq. Danimarka və İngiltərə 1/4 final mərhələsində AVRO-2020-dən kənarlaşacaq.

İngiltərə 1/8 final mərhələsində Almaniyaya qalib gələcək, son dünya çempionu Fransa isə eyni raundda Niderland səddini keçə bilməyəcək.

Eyni zamanda, Belçika Danimarkanın ardından qrupunu ikinci pillədə başa vuracaq.

"Goldman Sachs" analitikləri ELO sistemindən istifadə ediblər. 1980-ci ildən təxminən 6 min oyun analiz edilib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir./report/

Oxunub: 67



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü