AYANTV.info
 Valyuta məzənnəsi

Banklarda yüksək komissiya XƏRCLƏRİ: Faizləri kim MÜƏYYƏNLƏŞDİRİR? - AKTUAL

Oxunub: 17 Tarix:28-08-2021, 16:42

Banklarda yüksək komissiya XƏRCLƏRİ: Faizləri kim MÜƏYYƏNLƏŞDİRİR? - AKTUAL



artlardan istifadə, pulköçürmələri, vəsait çıxarılması ilə bağlı vətəndaşlar bank xidmətlərindən heç də hər zaman razı qalmırlar. Xüsusilə komissiya haqlarının yüksək olması ilə bağlı narazılıqlara daha tez-tez rast gəlinir.

Bizim.Media-ya daxil olan bank xidmətindən narazılıq da eyni xarakterlidir.

Amma bu dəfə söhbət məsələ vətəndaşın müştərisi olduğu bankın deyil, digər bankın xidmətindən narazı qalmasından gedir.

Belə ki, bir bankın kartı vasitəsilə digər banka məxsus bankomatdan pul çıxarmağa çalışan vətəndaş yüksək məbləğli komissiya haqqı ilə üzləşib. 50 manata görə 3 manat 50 qəpik kommisiya haqqı. Bu da nə az, nə çox, düz 7 % edir.

Bankların xidmət haqlarının yüksək olması nə ilə bağlıdır? Bu cür hallarla üzləşməmək üçün vətəndaşlar nə etməlidir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, hər hansı bir bankın müştərisi göstərilən xidmətə görə, öz bankına müəyyən xidmət haqqı ödəyir:

“Müştəri bank hesabını açanda, kartı alanda, pul köçürməsi, pul çıxarılması zamanı öz bankına köçürmə edir. Digər bankdan pul çıxarılan zaman kommissiya haqqı tutulmasa, belə çıxır ki, o, başqasının müştərisinə pulsuz xidmət göstərməlidir”.

Bununla belə Əkrəm Həsənov bildirib ki, bankomatlardan pul çıxaran zaman əvvəlcədən ekranda komissiya haqqı ilə bağlı məlumat göstərilməlidir:

“Yəni müştəri bilməlidir ki, bu əməliyyatı edərsə, nə qədər haqq çıxılacaq. Bu zaman müştəri qiymətlə razılaşa da bilər, razılaşmadığı halda əməliyyatı dayandıra da bilər”.

Hüquqşünas bankların öz aralarında bu məsələni tənzimləməsinin də mümkün olduğunu qeyd edib:

“Banklar öz aralarnda bu məsələni tənzimləyə bilər. Bu zaman onlar digər bankların onların müştərilərinə göstərdiyi xidmətin haqqını ödəməyi öz üzərlərinə götürə bilərlər. Amma təbii ki, bütün bankların razılaşma əldə etməsi də asan deyil”.

Əkrəm Həsənov bildirib ki, bu cür problemlərin yaranmaması üçün müştərilər bank seçərkən, onun filial şəbəkəsinin geniş olmasına, bankomatlarının çox olmasına diqqət etməlidirlər.

Bankların qoyduğu qiymətin məbləğinə gəldikdə, ekspertin sözlərinə görə, bazar iqisadiyyatı şəraitində onların istədiyi xidmət haqqını təyin etmək hüququ var:

“Həm də burada söhbət başqa bankın müştərisinə xidmət etməkdən gedir. Banklar öz bankomatlarını vaxtlı-vaxtında pulla doldurmağa məcburdurlar. Buna görə banklar işçilər təyin edir, inkasatordan istifadə edir. Komissiya haqqı məsələsi olmasa, hər hansı bank xərc çəkib, bunu etməz ki, müştəriləri gedib başqa bankdan pul çıxarsınlar”.

Digər ekspert Samir Paşayevin fikrincə isə kapitalist cəmiyyətinin tələbləri anlaşılandır:

“Amma xarici ölkə təcrübəsini hər dəfə nümunə gətirməkdən zövq alan məmurların diqqətinə onu da çatdırmaq lazımdır ki, ölkənin rifah halını nəzərə almaqla bir Avropa ölkələrinin komissiya faizlərinə də nəzər salsınlar. Bu əksər ölkələrdə 3 faizi keçmir. Həm də bizim kimi ölkələrdə azad bazar rəqabəti olmadığına görə, mütləq dövlət tənzimləməsinə ehtiyac var. Taarif Şurası qaza, suya, işığa, dərmana baxdığı kimi bu sahələrə də nəzər salsa, pis olmaz”.

Oxunub: 17



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü