AYANTV.info
 Valyuta məzənnəsi

"Azad qadını fahişə kimi görürsünüz" - Pərvin Abıyeva

Oxunub: 2 Tarix:14-09-2021, 19:39

"Azad qadını fahişə kimi görürsünüz" - Pərvin Abıyeva

İnstaqram mənim qazanc yerimdir. Niyə pulsuz reklam edim? Kiminsə pis bir günü olar, yardım edərəm".


, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. O, İnstaqramda pulsuz paylaşım edib-etməyəcəyi haqda sualları cavablandırıb.

Pərvin ailəsi ilə bağlı suallara isə "Ailəmə söz deyəni parçalayaram. Ailə müqəddəsdir toxunmaq olmaz" reaksiyasını verib.

Aktrisa daha sonra sosial şəbəkədə yazılan təhqirlərdən söz açıb:

"Niyə insan insana pislik etsin, şər atsın? Bir söz insanı bədbəxt edə bilər. Niyə bunu edirsiz? Görmürsüz, insanlıq, dünya, təbiət nə vəziyyətdədir? İnsanın pislikləri gətirib hər şeyi bu hala salıb".

Abıyeva "Niyə ailə qurmursunuz" sualına əsəbiləşib. O bildirib ki, cəmiyyətdə qadınlara qarşı zorakılıq getdikcə artır:

"Girirsən İnstaqrama, parkın ortasında kişi arvadını bıçaqlayıb, ata oğlun öldürür, uşaq zorlanır. Oturub ağlayıram, qaçıram İnstaqramdan. Özümə nevroz deyirəm, amma bunları görürəm, insanlar daha çox nevrozudur. Uşaq dünyaya gətirməkdən qorxuram ki, sabah başına nə gələr. 16 yaşında oğlan özünü atdı kanala, sevgilisi 15 yaşında qız başqasına nişanlanıb. İki insanı bədbəxt etdilər. İnsanlar nə gündədir. Pisini görürsüzsə, yaxşını deyin. Ailə qurmaqdan qorxuram. Azad qadını fahişə kimi görürsüz. İstədiyi kimi həyat yaşayan, rahat olan, dünya gəzən insanları fahişə kimi görürsüz. Dekolte geyinən qadınları fahişə kimi görürsüz...

Əxlaqlı qadını biri alıb aparır, səhəri narkoman və ya içki içən ər qısqanclıqdan onu öldürür. Sonra da damğa vurur ki, başqası ilə yazışırdı. Baxın, əxlaqlı qadına ləkə yaxılan dövrdə yaşayırıq. Qadın ərə getmirsə, karyera sahibidirsə, sinəsi açıqdırsa, əxlaqsız görürsüz? Cəmiyyəti bunlarla korlamısınız. Hamı yox, dünyagörüşü az olan, kitab oxumayanlardır bunu edənlər. Məşhur olmayanda mən də kimisə qınamışam, lağ etmişəm. Son illər bunu etməməyə çalışıram, öz üzərimdə işləyirəm.

Ərə get deyirsiz, kimə gəldi gedim? Desinlər, Pərvin ərə getdi... "Desinlər" kəlməsi insan həyatını məhv edir. O gün uşağı ilə özünü atan qadına anası nə deyib? "Camaat nə deyər, otur, döz"... İndi hanı o qız? O "desinlər" deyənlər gəlib yasda ehsanı yeyib, şəklə baxıb gedir. Getmirəm ərə, hər şey ərə getmək deyil. Getdim, sabah ölüm xəbərimi eşitdiniz. Nə bilim, ərim nə naska geyinib qarşıma çıxıb. Yaxşı kişilər də var. Allah o cür kişilərin canını sağlam etsin ki, qadını təhqir etmir, sərbəstlik verir. Demirəm heç vaxt ərə getməyəcəm. Sevib, özüm seçdiyim biri ilə ailə quracam".

Oxunub: 2



XƏBƏR LENTİ
Azərbaycanda gənc oğlan sevdiyi qıza görə ÖZÜNÜ DOĞRADI
Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib
Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 24 nəfər vəfat edib
“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Ölkədə son sutkada neçə nəfər peyvənd olunub?
Qarabağ Qazisi HƏKİMLƏRDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət olundu
"Aqroservis" rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI - "...intihar edəcəyik"
Sabunçunun icra başçısı Gənclər Mərkəzinin yerləşdiyi parkın ərazisini "ŞAURMA-1" üçün satıb – İDDİA
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/ARAŞDIRMA
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək - Foto
İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - ŞOK TƏXRİBAT + FOTOFAKT
15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? – “Gündə üç-dörd dəfə...”
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub - Etiraf
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Peyvənd vurulan nahiyəyə zəli qoydu - Görün nə baş verdi / ŞOK
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü - STATİSTİKA
Türkiyədə daha 248 nəfər koronavirusdan öldü